Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da üçtərəfli görüş keçirəcəklər. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın "TASS" xəbər agentliyinə məlumat verib.
O, Rusiya Prezidenti Vladimir Putinin Quandon əyalətinin Şençjen şəhərində təşkil olunacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Zirvəsində iştirak edəcəyini qeyd edib.
D.Peskov deyib: "V.Putin, Si və D.Tramp arasında noyabrın 19-da üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüş APEC Zirvəsi çərçivəsində Çinin Şençjen şəhərində baş tutacaq".
Qeyd edək ki, Ağ Evin mətbuat katibinin müavini Oliviya Ueyls noyabrın 14-də verdiyi açıqlamada ABŞ Prezidenti Trampın gələn həftə Filippin və Çinə səfər edəcəyini demişdi. O, səfərin ikinci mərhələsində D.Trampın Çin Sədri Si və Rusiya Prezidenti V.Putin ilə üçtərəfli görüş keçirəcəyini açıqlayıb.























