SİYASƏT
1 dəqiqə oxuma
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan Antalya Diplomatiya Forumundan (ADF) əvvəl Əhməd əl-Şara tərəfindən qəbul edilib
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb / AA
17 aprel 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya şəhərində Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan Antalya Diplomatiya Forumundan (ADF) əvvəl Əhməd əl-Şara tərəfindən qəbul edilib.

"Sabahın xəritəsinin çəkilməsi, qeyri-müəyyənliyin idarə olunması" mövzusuna həsr olunan Antalya Diplomatiya Forumu 2026-cı il aprelin 17-də öz işinə başlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən forumda dövlət və hökumət başçıları, xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.