"Azərbaycan Hava Yolları" (AZAL) Bakı–Qars marşrutu üzrə müntəzəm təyyarə reyslərinə başlayıb.
Bakı–Qars istiqamətindəki müntəzəm uçuşa Heydər Əliyev Beynəlxalq Aeroportundan start verilib. Bununla da, Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatının qarşılanması nəzərdə tutulur. Həmçinin iki ölkə arasındakı hava nəqliyyatı əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verilməsi hədəflənir.
TÖVSİYƏ EDİLƏN
Məlumata əsasən, Bakı–Qars–Bakı reysləri həftənın cümə axşamı və bazar günləri təşkil olunacaq.
MƏNBƏ:TRT




















