Qırğızıstan Prezidenti Sadır Caparov Azərbaycan Prezidenti İlham Əliyev ilə İssık-Göl sahilində yerləşən Çolpon-Ata şəhərində bir araya gəlib.
Prezident S.Caparov tərəfindən İssık-Göl sahilindəki Çolpon-Ata şəhərində yerləşən "Ruh Ordo" Çingiz Aytmatov Mədəniyyət Mərkəzində rəsmi qarşılanma mərasimi təşkil olunub.
Rəsmi mərasimdən sonra iki lider baş-başa görüşüb. Təkbətək görüşün ardından Qırğızıstan-Azərbaycan Dövlətlərarası Şurasının 3-cü iclasına keçid edilib.
S.Caparov toplantıdakı çıxışında iqtisadiyyat, sərmayə, nəqliyyat, energetika, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Qırğızıstan ilə Azərbaycan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanacağını deyən S.Caparov bu sənədə xüsusi diqqət çəkib. O, Müttəfiqlik Müqaviləsinin ikitərəfli əlaqələrin inkişafında mühüm bir mərhələ təşkil edəcəyini vurğulayıb.
Prezident İlham Əliyev də Azərbaycanın qardaş qırğız xalqının uğurlarına səmimi qəlbdən sevindiyini bildirib. İ.Əliyev Qırğızıstanın sosial-iqtisadi inkişafda mühüm irəliləyişlər əldə etdiyini, iqtisadi potensialını gücləndirdiyini və ölkənin beynəlxalq nüfuzunun artdığını vurğulayıb.
Azərbaycan dövlət başçısı İ.Əliyev Qırğızıstan ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. O, Qarabağın Ağdam rayonunda “Manas” adına orta məktəbin tikintisini, Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun fəaliyyətini, iki xalq arasında mədəni mübadiləni və Azərbaycanın İssık-Göldə turizmin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.
Qırğızıstan ilə Azərbaycan arasındakı münasibətlər "müttəfiqlik səviyyəsinə" yüksəlib
Qırğızıstan-Azərbaycan Dövlətlərarası Şurasının 3-cü iclasından sonra İssık-Göl sahilindəki "Ruh Ordo" Çingiz Aytmatov Mədəniyyət Mərkəzində Qırğızıstan və Azərbaycan liderləri, eləcə də hökumət üzvlərinin iştirakı ilə imzalama mərasimi keçirilib.
S,Caparov və İƏliyev tərəfindən Qırğızıstan ilə Azərbaycan arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan müqavilə və Dövlətlərarası Şuranın qərarı imzalanıb.
Mərasimdə iki ölkənin Çolpon-Ata ilə Şuşa, Qaraqol ilə Qəbələ və Oş ilə Gəncə şəhərləri "qardaş şəhərlər" kimi elən olunub.
Ayrıca, "Kırgızaltın" və "AzerGold" şirkətləri arasında nəqliyyat, lojitika və energetika sahələrində, həmçinin yük daşımaları, daşınma və gəmiqayırma, neft və neft məhsullarının təchizatı sahələrində əməkdaşlıq memorandumları imzalanıb.
Qarşılıqlı təltifetmə mərasimi keçirilib
Mərasimdə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti S.Caparovun fərmanı ilə ölkənin ən ali dövlət mükafatı olan 1-ci dərəcəli "Manas" ordeni ilə təltif olunub.
İ.Əliyev də S.Caparova Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordenini təqdim edib.
Liderlər mətbuata bəyanatla çıxış ediblər
S.Caparov mətbuata bəyanatında "Bugünkü danışıqların ən mühüm nəticələrindən biri Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması oldu", - deyə bildirib.
Prezident İ.Əliyev də Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması barədə razılığa gəldiklərini diqqətə çatdırıb. Azərbaycan Prezidenti, həmçinin Azərbaycan dövləti tərəfindən İssık-Göl sahilində inşa edilən ilk beşulduzlu otelin açılışında iştirak edəcəyini deyib.
S.Caparova Azərbaycanın Ağdam şəhərində Qırğızıstan tərəfindən tikilən “Manas” adına orta məktəbə görə təşəkkür edən İ.Əliyev, iki ölkə arasında ictimai və mədəni sahədəki əməkdaşlıqdan məmnunluğunu ifadə edib.




















