YPG terror təşkilatı dırnaqarası "muxtar administrasiyanın", eləcə də ona tabe olan bütün hərbi və mülki birləşmələrin ləğv edildiyini açıqlayıb.
Təşkilatın rəhbərlərindən biri olan "Məzlum Abdi" ləqəbli Fərhad Abdi Şahin bu barədə Suriyanın paytaxtı Dəməşqdə keçirilən mətbuat konfransında bildirib.
Fərhad Abdi Şahin deyib: "Prezident Əhməd əl-Şara ilə əldə olunan razılaşmaya əsasən, qüvvələrimizin Suriya ordusunun tərkibinə qatılması prosesi yekunlaşıb. Müstəqil hərbi qüvvə kimi fəaliyyətimizə son qoyur və özümüzü ləğv edirik".
Qeyd edək ki, yanvarın 29-da Suriya hökuməti ilə YPG terror təşkilatı arasında atəşkəs elan olunmasını və tədricən dövlət strukturuna inteqrasiyanı nəzərdə tutan saziş imzalanmışdı.





















