ABŞ prezidenti Donald Tramp Rusiyanın İkinci Dünya Müharibəsi qələbə şənliklərindən qısa müddət əvvəl üç günlük atəşkəs elan etməsinin münaqişədə "sonun başlanğıcı" olacağına ümid etdiyini bildirmişdi.
Ukraynalı rəsmilərin bildirdiyinə görə, üç günlük atəşkəsin başa çatmasından sonra Rusiya qüvvələri çərşənbə axşamı Kiyevə qarşı PUA (İHA) hücumu həyata keçirib.
Paytaxtın hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko (Tymur Tkachenko) “Telegram” hesabında: "Düşmən PUA-ları hazırda Kiyev səmalarındadır. Sirenalar bitənə qədər zəhmət olmasa təhlükəsiz yerdə qalın", - deyə paylaşım edib.
Sözügedən xəbərdarlıq, atəşkəs qüvvəyə minməzdən əvvəlki cümə günündən bəri paytaxtda təsdiqlənən ilk sirena olub.
Kiyevin regional hərbi administrasiyası sakinlərdən sığınacaqlarda qalmalarını xahiş edərək, bölgədəki hava hücumundan müdafiə sistemlərinin fəaliyyətdə ola biləcəyini qeyd edib.
ABŞ prezidenti Donald Tramp Rusiyanın İkinci Dünya Müharibəsi qələbə şənliklərindən (9-11 may) cəmi bir neçə saat əvvəl elan etdiyi üç günlük atəşkəsin 2022-ci ilin fevralından bəri davam edən münaqişədə "sonun başlanğıcı" olacağına ümid etdiyini ifadə etmişdi.
Ukrayna və Rusiya atəşkəsi pozan mülki şəxslərə istiqamətli hücumlar mövzusunda bir-birlərini qarşılıqlı şəkildə ittiham ediblər.










