DÜNYA
1 dəqiqə oxuma
Çin korrupsiya üzrə ittiham olunan iki sabiq müdafiə nazirini ölüm cəzasına məhkum edib
Korrupsiyada ittiham olunan Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu barəsində icrası iki il təxirə salınan edam hökmü çıxarılıb
Çin korrupsiya üzrə ittiham olunan iki sabiq müdafiə nazirini ölüm cəzasına məhkum edib
Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu barəsində icrası iki il təxirə salınan edam hökmü çıxarılıb [ARXİV]. / Reuters

Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu barəsində icrası iki il təxirə salınan edam hökmü çıxarılıb.

Dövlət xəbər agentliyi “Xinhua” xəbər verib ki, korrupsiyada ittiham olunan Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu barəsində icrası iki il təxirə salınan edam hökmü çıxarılıb

Vey rüşvət qəbul etməkdə, Li isə həm rüşvət qəbul etməkdə, həm də verməkdə təqsirli bilinib.

Hər iki şəxs Mərkəzi Hərbi Komissiyanın keçmiş üzvləri və keçmiş dövlət müşavirləri olub.

Onlar həmçinin ömürlük siyasi hüquqlardan məhrum ediliblər, bütün şəxsi əmlakları isə müsadirə ediləcək.

Qərara əsasən, iki illik təxirəsalma müddəti bitdikdən sonra sabiq nazirlərin cəzası Çin qanunlarına uyğun olaraq ömürlük həbs cəzası ilə əvəz olacaq. Bundan sonra Vey Fenqe və Li Şanfu cəzalarının azaldılmasına və ya şərti azadlığa buraxılmasına haqq qazanmayacaqlar.