Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran Fələstin Dövlətinin qurulmasının 38-ci ildönümü münasibətilə "NSosyal" hesabında paylaşım edib. Paylaşımda deyilir: "1988-ci il noyabrın 15-də Fələstin dövlətinin qurulması Fələstin xalqının azadlıq və öz müqəddəratını təyin etmə iradəsinin tarixi bir ifadəsi olub".
Türkiyənin də Fələstini elə həmin gün tanıyaraq bu haqlı mübarizənin yanında yer aldığını xatırladan B.Duran fikirlərini belə davam etdirib: "Aradan keçən 38 ildən sonra Qəzzada törədilən soyqırım və ağır humanitar ağrılar bir həqiqəti ortaya qoyur. Bu, Fələstin xalqının müstəqil və suveren bir dövlətdə sülh və əmin-amanlıq içində yaşamaq hüququnun həyata keçirilməsinin artıq təxirəsalınmaz bir məsuliyyət olduğunu göstərir. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan, ərazi bütövlüyünə malik müstəqil və suveren Fələstin dövlətinin təsis edilməsi və bölgədə davamlı sülhün təmin olunması üçün Fələstin xalqının yanında olmağa davam edəcək".
Fələstin dövlətinin qurulmasının 38-ci ildönümünü təbrik edən B.Duran: "Fələstinli qardaşlarımızın azadlıq və əmin-amanlıq dolu sabahlara qovuşmasını arzulayıram", - deyə vurğulayıb.























