Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin yaydığı məlumata görə, nazir Murat Kurum Qırğızıstanın Memarlıq, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Dövlət Agentliyinin direktoru Nurdan Oruntayev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Nazirlikdə baş tutan görüş zamanı iki ölkə arasında "Şəhərsalma sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Nazir Murat Kurum rəsmi internet səhifəsində görüşlə bağlı paylaşım edərək, qırğız həmkarı ilə olduqca məhsuldar görüş keçirdiklərini qeyd edib. Şəhərsalma və memarlıq sahələrində məlumat və təcrübə mübadiləsini gücləndirəcək bu sazişin əhəmiyyətinə toxunan nazir deyib: "İnanıram ki, təhlükəsiz və yaşana bilən şəhərlərin inkişafına töhfə verəcək bu saziş iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək’’.

















