TÜRKİYƏ
1 dəqiqə oxuma
M.Şimşək:''Enerji sahəsində keçidi sürətləndirərək iqtisadi gücümüzü artırırıq''
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek rəsmi internet səhifəsində Dünya Bankının Türkiyədə külək enerjisi və enerji saxlama sistemləri layihələri üçün 400 milyon avro məbləğində əlavə maliyyə vəsaiti ayırmasını qiymətləndirib
M.Şimşək:''Enerji sahəsində keçidi sürətləndirərək iqtisadi gücümüzü artırırıq''
M.Şimşək:''Enerji sahəsində keçidi sürətləndirərək iqtisadi gücümüzü artırırıq''

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek rəsmi internet səhifəsində Dünya Bankının Türkiyədə külək enerjisi və enerji saxlama sistemləri layihələri üçün 400 milyon avro məbləğində əlavə maliyyə vəsaiti ayırmasını qiymətləndirib.

‘‘Yaşıl enerji’’yə keçidin Türkiyə üçün zəruri olduğunu vurğulayan nazir Mehmet Şimşek deyib: "Son 23 ildə ümumi enerji idxalımız 1,1 trilyon dollara çatıb. Enerji sektorunda yerli və bərpa olunan resursların payını artırmaqla xarici asılılığımızı azaldırıq. Bununla da resurslarımızı dəyər zəncirində daha yüksək səviyyəyə qalxmağımıza imkan verəcək sahələrə yönəldirik. Dünya Bankının təmin etdiyi 400 milyon avroluq uzunmüddətli və əlverişli maliyyələşdirmə ilə bərpa olunan enerji investisiyalarını dəstəkləyir, yaşıl enerjiyə keçidi sürətləndirir və iqtisadi gücümüzü artırırıq".