SİYASƏT
1 dəqiqə oxuma
D.Tramp və V.Zelenski Fransada keçirilən G7 sammiti çərçivəsində bir araya gəliblər
Sammit çərçivəsində ABŞ-nin dövlət katibi M.Rubio ilə Ukraynanın xarici işlər naziri A.Sibiqa arasında da ikitərəfli görüş keçirilib
D.Tramp və V.Zelenski Fransada keçirilən G7 sammiti çərçivəsində bir araya gəliblər
D.Tramp və V.Zelenski Fransada keçirilən G7 Sammiti çərçivəsində bir araya gəliblər / Reuters

ABŞ prezidenti Donald Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

Görüşlə bağlı "Telegram" hesabı üzərindən paylaşım edən V.Zelenski: "Mövqelərimizi hər zaman eyni xəttə gətirmək böyük əhəmiyyət kəsb edir", – deyə qeyd edib. Kritik görüşdə ABŞ-nin dövlət katibi Marko Rubio ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömərov bir araya gəliblər.

V.Zelenski tərəflər arası keçirilən toplantının təfərrüatları barədə məlumat verməyib. ABŞ prezidenti D.Tramp isə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani ilə keçirdiyi görüşdə V.Zelenski ilə "çox yaxşı" bir danışıq apardıqlarını bildirib.

Sülh vurğusu

Sammit çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa arasında da ikitərəfli görüş keçirilib. Görüşdən sonra sosial media hesabından açıqlama verən A.Sibiqa ABŞ-nin İran ilə əldə etdiyi razılaşmanı təbrik edərək bu addımın regiona təhlükəsizlik, enerji bazarlarına isə sabitlik gətirməsini ümid etdiyini bildirib.

A.Sibiqa sözügedən anlaşmanın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq naminə ABŞ-nin liderliyi ilə həyata keçirilən sülh səylərinə yeni bir dinamizm qazandıracağını ümid etdiklərini qeyd edib. Görüşdə cəbhə xəttindəki son vəziyyət, eləcə də qarşılıqlı təşkil olunan uzaqmənzilli hücumlar da nəzərdən keçirilib.

MƏNBƏ:TRT