TÜRKİYƏ
1 dəqiqə oxuma
Burhanəddin Duran Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrini qiymətləndirib
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran rəsmi internet səhifəsində Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat, logistika və regional əlaqələr sahəsində inkişaf edən əməkdaşlığa dair paylaşım
Burhanəddin Duran Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrini qiymətləndirib
Burhanəddin Duran Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrini qiymətləndirib

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran rəsmi internet səhifəsində Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat, logistika və regional əlaqələr sahəsində inkişaf edən əməkdaşlığa dair paylaşım edib.

B.Duran paylaşımında əsrlər boyu qitələri birləşdirən ticarət yollarının mərkəzində yerləşən bu qədim torpaqların bu gün də regional tərəfdaşlıq və iqtisadi əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.

İki ölkə arasında nəqliyyat və logistika sahələrindəki tərəfdaşlığın Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasətinin bariz nümunəsi olduğunu bildirən B.Duran deyib:

"Keçmişdə sivilizasiyaları birləşdirən yollar indi yeni nəqliyyat dəhlizləri vasitəsilə ticarəti, inkişafı və rifahı gələcəyə daşıyır. Regional böhranlardan irəli gələn yeni ehtiyaclara uyğun olaraq hazırlanmış alternativ nəqliyyat marşrutları təkcə iki ölkə arasında əməkdaşlığı deyil, həm də regional sabitliyi və iqtisadi davamlılığı gücləndirir. Prezidentimizin rəhbərliyi altında Türkiyə regional əlaqələri gücləndirməyə, qarşılıqlı fayda və birgə inkişafa əsaslanan yeni imkanlar yaratmağa davam edəcək".