ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
NASA Aya son sınaq missiyası olan "Artemis 3" üçün dörd nəfərlik heyətin tərkibini açıqlayıb
"Artemis 3" NASA-nın 2028-ci ildə Artemis IV missiyası çərçivəsində Ayın cənub qütbündə ekipaj yerləşdirməyi nəzərdə tutduğu son sınaqı olacaq
NASA Aya son sınaq missiyası olan "Artemis 3" üçün dörd nəfərlik heyətin tərkibini açıqlayıb
NASA dörd astronavtdan ibarət "Artemis 3" heyətini təqdim etdi / Reuters

NASA insanların Ay səthinə yenidən getməsindən əvvəlki son orbit sınaq mərhələsi olan “Artemis 3” missiyası üçün dörd nəfərlik heyətini elan edib.

NASA-nın uçuş əməliyyatları direktoru Norm Nayt deyib: "Bu missiya NASA-nın öhdəsinə götürdüyü ən mürəkkəb tapşırıqlardan biri olacaq”. Nayt NASA-nın Yer orbitində 2027-ci il ərzində həyata keçirilməsi planlaşdırılan bir sıra çətin sınaqları ehtiva edən kritik rolunu yerinə yetirmək üçün heyətin fədakarlığına güvəndiyini vurğulayıb.

Digər tərəfdən, NASA-nın “Artemis” proqramının meneceri Ceremi Parsons missiyanın iki həftə davam edəcəyini açıqlayıb. "Artemis 3"ün son sınaq missiyası olduğunu qeyd edən Parsons, bu missiyanın uğurlu keçəcəyi təqdirdə NASA-nın 2028-ci ildə "Artemis 4" missiyası zamanı Ayın Cənub Qütbünə heyət endirməyi planlaşdırdığını söyləyib.

Beynəlxalq heyət

Təqaüddə olan dəniz piyadaları polkovniki və 7 mindən çox uçuş saatı olan sınaq pilotu komandir Rendi Bresnik komandaya rəhbərlik edəcək. Əvvəllər Beynəlxalq Kosmik Stansiyaya komandirlik edən Bresnik bu proqramın onları "əlli ildən çox müddətdən sonra başqa bir göy cisminə eniş edən ilk insanlar" edəcəyini qeyd edib.

Komandada bir amerikalı tərəfindən həyata keçirilən ən uzunmüddətli tək kosmik uçuş rekordunun sahibi olan ABŞ Ordusunun həkimi və helikopter pilotu, missiya mütəxəssisi Frank Rubio da yer alır.

Bundan əlavə, ilk uçuşunu reallaşdıracaq Sahil Mühafizəsinin ehtiyatda olan komandiri, missiya mütəxəssisi Andre Duqlas və pilot Luka Parmitano da heyətdədir. Avropa Kosmik Agentliyini (ESA) təmsil edən və İtaliya Hərbi Hava Qüvvələrinin polkovniki olan Parmitano bu əməkdaşlığı insan potensialını yüksəltmək üçün "körpülər qurmaq" kimi xarakterizə edib.

Astronavt Bob Hayns heyətdə ehtiyat pilot kimi fəaliyyət göstərəcək.

NASA-nın rəhbəri Cared Ayzekman bildirib ki, astronavtlar "SpaceX" və "Blue Origin" tərəfindən hazırlanan eniş aparatları ilə "Orion" kosmik gəmisinin birləşməsi də daxil olmaqla, yüksək riskli manevrlər icra edəcəklər. Ayzekman beynəlxalq və kommersiya gəmilərinin artan müxtəlifliyini "Yerin ilk Ulduz Donanmasının (Starfleet) başlanğıcı" kimi qiymətləndirib.

NASA elmi və iqtisadi tədqiqatlar üçün daimi baza yaratmağı hədəflədiyindən, bu heyət gələcəkdə Ayda qalacaq insanlar üçün operativ prosedurların hazırlanmasına kömək edəcək.