TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Türkiyə dövləti ŞKTR-ni quruluşunun 43-cü ildönümü münasibəti ilə təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi "NSosyal" hesabından Şimali Kipr Türk Respublikasının (ŞKTR) quruluşunun 43-cü ildönümü ilə bağlı paylaşım edib
Türkiyə dövləti ŞKTR-ni quruluşunun 43-cü ildönümü münasibəti ilə təbrik edib
Türkiyə dövləti ŞKTR-ni quruluşunun 43-cü ildönümü münasibəti ilə təbrik edib / File photo/ TRT World

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Şimali Kipr Türk Respublikasını (ŞKTR) quruluşunun 43-cü ildönümü münasibəti ilə təbrik edib. Nazirlik bildirib ki, ŞKTR böyük türk millətinin ayrılmaz hissəsi olan Kipr türklərinin öz suverenliklərindən və azadlıqlarından heç vaxt imtina etmədiklərinin və etməyəcəklərinin sübutudur.

Nazirlik bu barədə "NSosyal" hesabında etdiyi paylaşımda bildirib.

Paylaşımda deyilir: "Kipr türk xalqının suverenlik və varoluş dastanının ən mənalı rəmzi olan Şimali Kipr Türk Respublikasının quruluşunun 43-cü ildönümü mübarək olsun! Şimali Kipr Türk Respublikası böyük türk millətinin ayrılmaz hissəsi olan Kipr türklərinin öz suverenliklərindən və azadlıqlarından heç vaxt imtina etmədiklərinin və etməyəcəklərinin sübutudur."

Ana vətən və qarant ölkə Türkiyənin güclü dəstəyi ilə Kipr türk xalqının əbədi olaraq şanlı bayrağı altında, öz vətənlərində azadlıq və təhlükəsizlik şəraitində yaşamağa davam edəcəyinin vurğulandığı paylaşımda deyilib:

"Bu qürurlu gündə mərhum Dr. Fazıl Küçükü və ŞKTR-nin qurucu Prezidenti mərhum Rauf Raif Denktaşı minnətdarlıq və hörmətlə yad edirik. Bu mübarizə yolunda şəhid olan əsgərlərimizi və mücahidlərimizi rəhmətlə, qazilərimizi isə minnətlə anırıq."

MƏNBƏ:TRT
Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək