SİYASƏT
2 dəqiqə oxuma
ABŞ Konqresinin 30 üzvü Rubioya İsrailin nüvə potensialı ilə bağlı suallar ünvanlayıb
ABŞ Konqresində 30 Demokrat deputat İsrailin nükleer potensialı üzərindəki gizlilik pərdəsinin götürülməsi üçün hərəkətə keçib
ABŞ Konqresinin 30 üzvü Rubioya İsrailin nüvə potensialı ilə bağlı suallar ünvanlayıb
ABŞ Dövlət katibi Marko Rubio

ABŞ Konqresində 30 demokrat millət vəkili İsrailin nüvə potensialı üzərindəki gizlilik pərdəsinin qaldırılması üçün təşəbbüs irəli sürüb. Dövlət katibi Marko Rubioya ünvanlanan məktubda "ikili standartlara son qoyulması" və bölgədəki nüvə risklərinin şəffaf şəkildə açıqlanması tələb edilib.

Xoakin Kastronun (Joaquin Castro) rəhbərlik etdiyi qrup Yaxın Şərqdə artan gərginlik və İranla davam edən münaqişə mühitində ABŞ Dövlət Departamentindən aşağıdakı suallara açıq və aydın cavablar gözlədiklərini bildiriblər:

Potensial və inventar

-Nüvə Silahı Potensialı: İsrailin nüvə silahı potensialının tam miqyası nə qədərdir?

  • Sistem detalları: Döyüş başlıqları və daşıyıcı qurğular da daxil olmaqla, İsrailin sahib olduğu bütün nüvə silahı sistemlərinin texniki göstəriciləri nədən ibarətdir?

İstehsal və xammal mənbələri

  • Zənginləşdirmə potensialı: İsrail hazırda uran zənginləşdirmə potensialına sahibdirmi və bu potensial hansı səviyyədədir?

  • Dimona və fisil (parçalanan) material: Dimonadakı Negeve Nüvə Araşdırmaları Mərkəzi fisil material istehsal edirmi? Əgər belədirsə, istehsal edildiyi təxmin edilən miqdarlar və bu materialların istifadə sahələri hansılardır?

  • Plutonium istehsalı: Həmin mərkəzdə plutonium istehsalı həyata keçirilirmi? Həyata keçirilirsə, istehsal miqdarı və istifadə məqsədi nədir?

Strateji Doktrina və ABŞ ilə Münasibətlər

  • Qırmızı xətt bildirişi: İsrail İranla mövcud münaqişə kontekstində nüvə silahından istifadəyə dair hər hansı nüvə doktrinası, "qırmızı xətt" və ya hədd göstəricisi barədə ABŞ rəsmilərinə rəsmi məlumat veribmi?

  • İstifadə etməmə zəmanəti: ABŞ administrasiyası bu günə qədər İsraildən nüvə silahlarının qətiyyən istifadə edilməyəcəyinə dair hər hansı rəsmi zəmanət alıbmı?

  • Kəşfiyyat siqnalları: Mövcud İran münaqişəsi və ya keçmiş gərginliklər zamanı İsrailin nüvə silahından istifadə etməyi və ya onları yerləşdirməyi planlaşdırdığına dair hər hansı məlumat əldə edilibmi?

Təhlükəsizlik və Fövqəladə Hallar Ssenariləri

  • Radioaktiv risk analizi: Negeve (Dimona) və ya digər nüvə obyektlərinə qarşı mümkün hücumun bölgədəki ABŞ vətəndaşları və hərbi heyəti üçün yarada biləcəyi radioaktiv zərər riskləri ilə bağlı Vaşinqtonun qiymətləndirməsi necədir?

  • Hərbi uğursuzluq ssenariləri: ABŞ administrasiyası İranın Dimonaya hücumu və ya İsrailin üzləşə biləcəyi mümkün hərbi uğursuzluqlar kimi hansı ekstremal şərtlərin İsraili "nüvə variantı" haqqında düşünməyə sövq edə biləcəyini analiz edibmi? Bu ssenarilər üçün hansı növ fövqəladə fəaliyyət planları hazırlanıb?