Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani pəkistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanı Pakistanı Türkiyə və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi bağlaması münasibətilə təbrik edib. Söhbət əsnasında əl-Zəyaninin Pakistana səfər etməyi planlaşdırdığı da qeyd olunub.
İshaq Dar telefon danışığında Pakistanın regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək üçün dialoq və diplomatiyanı təşviq etmək əzmində olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkədə üçtərəfli müdafiə sazişini imzalayıblar.
Ankara, Ər-Riyad və İslamabad arasında illərlə davam edən məsləhətləşmələrin nəticəsi olan bu saziş tərəflərdən birinə qarşı edilən silahlı hücumu hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirir.
Sənəd kollektiv çəkindirməni gücləndirməyi, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyi və strateji maraqlara əsaslanan ümumi təhlükəsizlik məsələlərində birgə fəaliyyəti əlaqələndirməyi hədəfləyir.



















