DÜNYA
1 dəqiqə oxuma
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha regionda təhlükəsizliyi, sabitliyi və əməkdaşlığı təşviq edən bu üçtərəfli sənədi yüksək qiymətləndirib
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb
İslam Əməkdaşlıq Təşkilatı yeni Məkkə müdafiə sazişini tarixi təhlükəsizlik addımı adlandırdı. [Arxiv fotosu] / َAA

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında "Məkkə Birgə Müdafiə Sazişi"nin imzalanmasını alqışlayaraq, regionda təhlükəsizliyi, sabitliyi və əməkdaşlığı təşviq edən bu üçtərəfli sənədi yüksək qiymətləndirib.

Təşkilatın bəyanatına əsasən, H.İ.Taha sazişə tam dəstəyini ifadə edərək, onu üç ölkənin regional və beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini əks etdirən "vacib strateji addım" və "tarixi saziş" adlandırıb.

Baş katib vurğulayıb ki, sazişartan təhlükəsizlik çağırışlarına qarşı ortaq mövqeyi əks etdirir, İƏT üzvləri arasında həmrəyliyi artırır və regionda, eləcə də bütün İslam dünyasında təhlükəsizlik və sabitliyin əsas sütununu təşkil edir.

Müdafiə sazişi

Saziş Məkkədəki Əs-Səfa Sarayında keçirilən üçtərəfli zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, müqavilə hər hansı bir ölkəni hədəf almır və öhdəliklərin bölüşdürülməsi yolu ilə regional və qlobal sülhə, sabitliyə xidmət edir. Sənəd bütün təcavüz aktlarına qarşı kollektiv çəkindirməni gücləndirməyi nəzərdə tutur. Tərəflərdən hər hansı birinə qarşı edilən silahlı hücum bütün iştirakçı ölkələrə olunmuş hücum kimi qiymətləndiriləcək.