Avropa Beynəlxalq Hava Limanları Şurasının hazırladığı hesabata əsasən, “İstanbul Sabiha Gökçen” Beynəlxalq Hava Limanı 2026-cı ilin ilk yarısında Avropanın iri hava limanları arasında sərnişin artımına görə birinci olub.
“Sabiha Gökçen” hava limanındakı sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artım göstərdiyi qeyd edilir. Bu göstərici ilə ildə 40 milyondan çox sərnişinə xidmət göstərən tranzit mərkəzlərinin də yer aldığı "Böyük Hava Limanları" kateqoriyasında ən sürətlə böyüyən hava limanına çevirib.
2026-cı ilin ilk altı ayında 23,6 milyon sərnişin qəbul edən hava limanı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1%-lik artım nümayiş etdirib.
“Sabiha Gökçen” bu göstəricilərlə Avropanın digər aparıcı böyük mərkəzlərini arxada qoyub. Hava limanı “Barselona” (4,4% artım), “Madrid” (4,2%) və “Roma Fiumino” (0,3%) kimi nəhəng kompleksləri geridə qoymağı bacarıb.
Geopolitik təzyiqlər ümumi artımı zəiflədir
“Sabiha Gökçen” hava limanının nümayiş etdirdiyi göstəricilər Avropa üzrə orta göstəriciləri də üstələyib. Belə ki, iİlin ilk altı ayında Avropa miqyasındakı hava limanlarında sərnişin axını 2,6% artıb. Lakin artım sürəti birinci rübdəki 4,3% səviyyəsindən ikinci rübdə 1,3%-ə qədər geriləyib.
“ACI Europe” bu durğunluğu qismən Yaxın Şərqdəki müharibənin təsirləri ilə əlaqələndirib. Regiona uçuş intensivliyini azaldan müharibə, aviasiya yanacağının bahalaşması və səfər xərclərinin artması səbəbindən bəzi aviaşirkətlərin daşıma həcmini ixtisar etməsinə gətirib çıxarıb.
Türkiyədəki hava limanlarının sərnişin axını isə ilin ilk yarısında Avropa ortalamasından nisbətən yüksək olub və 2,8% təşkil edib.
Avropa üzrə göstəricilərin aşağı düzşməsinə baxmayaraq, “ACI Europe” Türkiyənin ən güclü nəticə göstərən iri mərkəzlərdən biri olaraq qaldığını vurğulayıb.
Avropanın ən sıx hava limanları arasında yer alan “London Hitrou” ilin ilk yarısında çatdığı 40 milyonluq rekord sərnişin sayı ilə qitənin ən böyük hava limanı titulunu qoruyub. 39,84 milyon sərnişin qəbul edən “İstanbul Hava Limanı” isə onu yaxından izləyib.
Geopolitika hava daşımalarına təsir edir
“ACI Europe”un Baş direktoru Olivye Yankoviç bildirib ki, 2026-cı ildə geopolitik proseslər mülki aviasiyanın fəaliyyətinə getdikcə daha çox təsir göstərir. Buna baxmayaraq, aviasəyahətlərə tələbat qalmağa davam edir.
O.Yankoviç deyib: "Builki daşıma göstəricilərinin geopolitik şərtlərdən getdikcə daha çox asılı olması təkzibedilməz faktdır".
Baş direktor, həmçinin sərnişinlər tərəfindən yaranan təzyiqlərə baxmayaraq, avropalı səyahətçilərin hava nəqliyyatına üstünlük verməyə davam etdiyini və Şimali Amerikadan gələn turist sayının yay mövsümü ərzində rekord həddə qaldığını əlavə edib.
Hesabata əsasən, ilin ilk yarısında Avropa üzrə daxili reyslərdə sərnişin axını 3% artıb. Bu göstərici 2,5% artım qeydə alınan beynəlxalq səfərləri geridə qoyub.
Qeyd edək ki, mülki aviasiya sektorunun COVID-19 pandemiyasından sonrakı bərpa dövründən bəri daxili reyslərin beynəlxalq reyslərdən daha sürətlə böyüdüyü ilk mərhələ kimi tarixə düşüb.




















