ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
Türkiyənin AKYA torpedosu atış testində hədəf gəmisini uğurla məhv edib
Rəsmi bəyanata görə, bu atış testi Türkiyə müdafiə sənayesinin çatdığı texnoloji səviyyəni nümayiş etdirir
Türkiyənin AKYA torpedosu atış testində hədəf gəmisini uğurla məhv edib
Silah birbaşa zərbə endirdi və hədəf gəmisini uğurla məhv etdi.

Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyi yerli imkanlarla hazırlanan "AKYA" torpedosunun dəniz təlimi zamanı uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Nazirliyin "NSosyal" platformasındakı rəsmi hesabında yayımlanan məlumatda bildirilir ki, ROKETSAN tərəfindən milli resurslar hesabına ərsəyə gətirilən AKYA ağır torpedosu "DENİZKURDU-II 2026" təlimi çərçivəsində "TCG Sakarya" sualtı qayığından atılıb. Birbaşa dəqiq zərbə endirən torpedo "M/G Sokullu Mehmet Paşa" hədəf gəmisini uğurla məhv edib.

Nazirlik vurğulayıb ki, keçirilən bu döyüş atışı sınağı Türkiyə müdafiə sənayesinin çatdığı yüksək texnoloji səviyyəni bir daha nümayiş etdirir.