İranın xarici işlər naziri Abbas Əraqçi Qırğızıstanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə bir araya gəlib.
Xarici İşlər Naziri A.Əraqçinin rəsmi "Telegram" kanalından verilən bəyanata əsasən, o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının toplantısı üçün Qırğızıstanda səfərdədir. Əraqçi səfər çərçivəsində S.Lavrov və M.İ.Dar ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə olunub. Həmçinin ABŞ-nin İrana qarşı hücumları ətraflı nəzərdən keçirilib.
MƏNBƏ:TRT



















