Xarici İşlər Nazirliyi Türkiyə Boğazlarının statusunu tənzimləyən Montrö boğazlar konvensiyasını 90 ildir ki, qərəzsiz, şəffaf və dəqiqliklə tətbiq olunduğunu və eyni qətiyyətlə tətbiq olunmağa davam edəcəyini bildirib.
Nazirliyin yazılı açıqlamasında qeyd edilib ki, Türkiyə Boğazlarının statusunu tənzimləyən və Türkiyənin boğazlar üzərində suverenliyini təsdiqləyən Montrö boğazlar konvensiyası Qara dənizdə sülhün, təhlükəsizliyin və sabitliyin əsas təminatlarından biridir.
Bəyanatda konvensiyanın həm sülh, həm də müharibə dövründə fasiləsiz olaraq qüvvədə qaldığı vurğulanıb və əlavə edilib: "Türkiyə indiyə qədər etdiyi kimi, Montrö boğazlar konvensiyasını eyni qətiyyətlə tətbiq etməyə davam edəcək".


















