15 iyul çevriliş cəhdinin üzərindən 10 il ötür.Həmin gecə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri Türkiyə Respublikasını ələ keçirmək məqsədilə hərəkətə keçdilər. Xalqın silahları xalqın özünə çevrildi. Döyüş təyyarələri və helikopterlər mülki şəxsləri hədəf aldı. Türkiyə Böyük Millət Məclisi bombalandı. Dövlət qurumları hücuma məruz qaldı. Tarixinin ən böyük xəyanətlərindən biri ilə üzləşən Türkiyə eyni zamanda bənzərsiz bir demokratik müqavimətə şahidlik etdi. Milyonlarla vətəndaş demokratiyanı və dövləti qorumaq üçün meydanlara axışdı. Xalqın iradəsinə qarşı başladılan çevriliş cəhdi elə xalqın müqaviməti ilə uğursuzluğa düçar oldu. Video silsiləsinin bu buraxılışında çevriliş cəhdinin kritik dönüş nöqtələrini və xalqın dastana bərabər müqavimətini jurnalist-yazıçı Yusuf Alabarda ilə müzakirə edəcəyik.
TÜRKİYƏ
1 dəqiqə oxuma
15 iyul 2016-cı ildə nələr baş verdi?
Tarixinin ən böyük xəyanətlərindən biri ilə üzləşən Türkiyə eyni zamanda bənzərsiz bir demokratik müqavimətə şahidlik etdi
15 iyul 2016-cı ildə nələr baş verdi?
Araşdırma




















