DÜNYA
1 dəqiqə oxuma
Ukraynaya məxsus PUA-lar Rusiyanın neft emalı zavodlarına zərbələr endirib
Rusiyanın Kiyevə hücumu nəticəsində azı altı nəfər yaralanıb
Ukraynaya məxsus PUA-lar Rusiyanın neft emalı zavodlarına zərbələr endirib
Ukraynaya məxsus PUA-lar Rusiyanın neft emalı zavodlarına zərbələr endirib

Rusiyanın Kiyevə hücumu nəticəsində azı altı nəfər yaralanıb.

Rəsmi Moskvanın hərbi əməliyyatlara başlamasından bəri Kiyev demək olar ki, hər gün raket və PUA hücumlarına məruz qalır.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında yaydığı bəyanatda Rusiyanın paytaxta raketlərlə hücum etdiyini təsdiqləyib və vətəndaşları sığınacaqlara getməyə çağırıb. T. Tkaçenko paytaxtda xəsarət alanların sayının altıya çatdığını, onlardan üçünün xəstəxanaya yerləşdirildiyini, digər üç nəfərin isə hadisə yerində müalicə olunduğunu bildirib.

AFP müxbirləri iyulun 11-də şəhərdə iki güclü partlayışın baş verdiyini və partlayışdan bir neçə dəqiqə sonra hava həyəcanı siqnalının işə düşdüyünü bildiriblər.

Qeyd edək ki, hücum Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın cənubundakı neft emalı zavodlarına zərbələr endirməsindən bir gün sonra həyata keçirilib.