DÜNYA
1 dəqiqə oxuma
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Almaniyanın xarici işlər naziri Yohann Vadeful NATO müttəfiqlərinin 2026-cı il və növbəti il üçün Ukraynaya ümumilikdə 140 milyard avro yardım ayırmağa hazırlaşdıqlarını bildirib.
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmağa hazırlaşır"

Almaniyanın xarici işlər naziri Yohann Vadeful NATO müttəfiqlərinin 2026-cı il və növbəti il üçün Ukraynaya ümumilikdə 140 milyard avro yardım ayırmağa hazırlaşdıqlarını bildirib.

Yohann Vadeful bu barədə "Deutschlandfunk" radiosuna müsahibəsində bildirib. Nazir qeyd edib ki, təkcə Avropa və Kanadanın töhfələri hesabına 2026-cı il və növbəti il üçün Ukraynaya 140 milyard avro ayırmaq mümkündür. Onun sözlərinə görə, bu addım Ukraynaya çox güclü bir dəstək olacaq.

Yohann Vadeful bu öhdəliyin Qərb müttəfiqlərinin Kiyevi dəstəkləmək əzmini Moskvaya aydın şəkildə nümayiş etdirəcəyini vurğulayıb. O bildirib ki, döyüş meydanındakı son hadisələr Ukraynanın Rusiyaya daha ağır zərbələr endirə biləcəyi yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Qərbin hərbi və maliyyə dəstəyinin cəbhədəki təsirinin aydın göründüyünü diqqətə çatdıran almaniyalı nazir Rusiyanı danışıqlar masasına qaytarmaq üçün beynəlxalq təzyiqin artırılmasının vacibliyini qeyd edib.