ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp "CNBC" telekanalına verdiyi müsahibədə İran tərəfi ilə davam edən rəsmi görüşlərə toxunaraq, danışıqların müsbət istiqamətdə irəlilədiyini diqqətə çatdırıb. "Biz hazırda danışıqlar aparırıq və mənə belə gəlir ki, onlar bizim istədiyimiz demək olar ki, hər bir şərtə razılıq verəcəklər’’,-deyə Donald Tramp vurğulayıb.
Vaşinqtonun İranda mövcud "rejim dəyişikliyi"ni hədəfləmədiyini bir daha bəyan edən Donald Tramp ABŞ-nin əsas tələbinin olduqca konkret olduğunu bildirib.
Donald Tramp deyib: ‘‘Yeganə məqsədimiz İranın nüvə silahı almasının qarşısını almaqdır’’.
Xatırladaq ki, ABŞ və İsrail qüvvələrinin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Tehran rejimi Körfəz bölgəsindəki İsrail və Amerika hərbi aktivlərinə qarşı qisas addımları atmışdı.
















