Pakistanın Bəlucistan əyalətində aramsız yağan güclü yağışlar nəticəsində 4 nəfər həyatını itirib. ‘‘Down’’ qəzetinin rəsmilərə istinadən yaydığı məlumatlara görə, əyalətin Job və Xuzdar rayonlarında leysan yağışları səbəbindən iki fərqli evin damı uçub. Hər iki hadisə zamanı dağıntılar altında qalan 3-ü uşaq olmaqla ümumilikdə 4 nəfər həyatını itirib, ən azı 4 nəfər isə xəsarət alıb. Hadisə yerinə cəlb olunan axtarış-xilasetmə qrupları həlak olanların cəsədlərini dağıntılar altından çıxarıb, yaralılar isə təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
DÜNYA
1 dəqiqə oxuma
Pakistanda təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib
Pakistanın Bəlucistan əyalətində aramsız yağan güclü yağışlar nəticəsində 4 nəfər həyatını itirib.

Araşdırma















