DÜNYA
1 dəqiqə oxuma
Pakistanda avtobus dərəyə aşıb, ən azı 40 nəfər həyatını itirib
Pakistanın Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində azı 40 nəfər ölüb, 8 nəfər yaralanıb
Pakistanda avtobus dərəyə aşıb, ən azı 40 nəfər həyatını itirib
[ARXİV] Pakistanda avtobus dərəyə aşıb, ən azı 40 nəfər həyatını itirib. / Reuters

Pakistan polisi avtobusun Kvettadan Peşəvərə doğru hərəkət etdiyini və qəzanın dağlıq Danasar bölgəsində baş verdiyini bildirib.

Pakistan rəsmiləri "Anadolu” xəbər agentliyinə verdikləri açıqlamada sərnişin avtobusunun Pakistanda dərəyə aşması nəticəsində ən azı 40 nəfərin həyatını itirdiyini bəyan ediblər.

Hadisə avtobusun Bəlucistan əyalətindən keçməsindən qısa müddət sonra ölkənin şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində baş verib. Avtobus Bəlucistanın Şerani mahalına tabe olan Dana Sar bölgəsindən yola düşüb.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind "Anadolu” agentliyinə səkkiz nəfərin də yaralandığını və xəstəxanada müalicə olunduğunu bildirib. Hadisənin dərhal ardınca xilasetmə əməliyyatına başlanılıb.

Bəlucistan əyalətinin Baş naziri Sərfraz Buqti xilasetmə qruplarını hadisə yerinə istiqamətləndirdiyini qeyd edib.