Türkiyə Milli Müdafiə Nazirliyi 7-8 iyul tarixlərində Ankarada keçirilən 36-cı NATO sammitinin uğurla başa çatdığını bildirib
Qeyd olunub ki, bu sammit alyansın üzləşdiyi mövcud təhdidlərin hərtərəfli müzakirə edildiyi tarixi bir görüş olub. Sammitdə ortaq çəkindirmə və müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş strateji qərarlar qiymətləndirilib.
Vurğulanıb ki, sammit müttəfiqlər arasında həmrəyliyi gücləndirməklə yanaşı, dəyişən təhlükəsizlik mühitinə qarşı ortaq bir baxışın formalaşdırılmasına və Avro-Atlantik bölgəsinin təhlükəsizliyinə mühüm töhfələr verib.
Bəyanatda Türkiyənin regional və qlobal proseslərdəki roluna da toxunulub. “Güclü ordusu, inkişaf edən milli müdafiə sənayesi, effektiv müdafiə diplomatiyası və Prezidentimizin rəhbərlik etdiyi çoxşaxəli xarici siyasət kursu ilə Türkiyə böhranların həllinə töhfə verən, dialoq kanallarını açıq saxlayan, regional və qlobal sülh və sabitliyi dəstəkləyən konstruktiv mövqeyini qətiyyətlə davam etdirir”,-deyə bəyanatda vurğulanıb.


















