TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
İdarənin rəsmi internet səhifəsində edilən paylaşımda 15 iyulun xalqın yazdığı qəhrəmanlıq dastanı olduğu vurğulanıb
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb

Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb.

İdarənin rəsmi internet səhifəsində edilən paylaşımda 15 iyulun xalqın yazdığı qəhrəmanlıq dastanı olduğu vurğulanıb. Qeyd olunub ki, həmin gün qəhrəman Türkiyə xalqı FETÖ-nün xain çevriliş cəhdinə qarşı birləşərək öz vətənini, bayrağını və gələcəyini qorumuş, bənzərsiz müqavimət göstərmişdir.

Paylaşımda həmin gecə xalqın milli iradəni qorumaq üçün böyük iman, cəsarət və qətiyyətlə küçələrə axışdığı bildirilib. Bununla da Türkiyə xalqı heç bir gücün birlik və həmrəyliyin qarşısını ala bilməyəcəyini bütün dünyaya sübut edib.

Hazırlanan videoçarxda iyulun 15-də baş verən hadisələr və Türkiyə xalqının göstərdiyi müqavimət əks olunub.

Videoçarx bu sözlərlə yekunlaşır: "15 İyul Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümündə şəhid olan əziz şəhidlərimizi rəhmət və ehtiramla yad edir, qəhrəman qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk".