TÜRKİYƏ
1 dəqiqə oxuma
ABŞ Konqresi "KAAN"ın mühərriklərinin Türkiyəyə satışına etiraz etmədi
Türkiyənin milli imkanlarla istehsal etdiyi 5-ci nəsil milli döyüş təyyarəsi "KAAN"-da istifadə olunacaq "F110" mühərriklərinin satışı ilə bağlı ABŞ Konqresindəki kritik mərhələ uğurla başa çatıb
ABŞ Konqresi "KAAN"ın mühərriklərinin Türkiyəyə satışına etiraz etmədi
ABŞ Konqresi "KAAN"ın mühərriklərinin Türkiyəyə satışına etiraz etmədi / reuters

Türkiyənin milli imkanlarla istehsal etdiyi 5-ci nəsil milli döyüş təyyarəsi "KAAN"-da istifadə olunacaq "F110" mühərriklərinin satışı ilə bağlı ABŞ Konqresindəki kritik mərhələ uğurla başa çatıb. Konqres 15 günlük rəsmi baxış müddəti ərzində satışın əleyhinə hər hansı bir etiraz bildirməyib.

Proses iyunun 24-də ABŞ Dövlət Departamentinin Konqresə rəsmi bildiriş göndərməsi ilə başlamışdı. Bu müddət ərzində Konqresin bəzi üzvləri satışın qarşısını almaq üçün həm Nümayəndələr Palatasına, həm də Senata birgə qətnamə layihəsi təqdim etmişdi. Onlar Türkiyə üçün nəzərdə tutulan xüsusi hərbi avadanlıq, xidmət və texniki dəstəyin dayandırılmasını tələb edirdilər.

Lakin həmin qətnamə layihəsi səsverməyə çıxarılmayıb. İyulun 9-da hüquqi baxış müddəti tamamlandığı üçün mühərriklərin satışı qarşısında heç bir maneə qalmayıb.

Sözügedən saziş "KAAN" qırıcılarını hərəkətə gətirəcək "F110-GE-129E/F" mühərriklərinin inteqrasiyası, yığılması, xarici modifikasiyası, sertifikatlaşdırılması, sınaqları, habelə müdafiə xidmətləri və texniki məlumatların ötürülməsini əhatə edir.