Ukrayna ordusu bir gecədə Rusiyanın "kölgə donanması"na aid 14 gəmiyə zərbə endirib. Qara dəniz və Azov dənizində həyata keçirilən hücumlarla bağlı verilən rəsmi açıqlamada 6-13 iyul tarixlərində ümumilikdə 90 gəminin hədəf alındığı bildirilir.
Bəyanatda qeyd olunur ki, Rusiyaya məxsus tanker və bərələrin sıradan çıxarılması rəsmi Moskvanın beynəlxalq sanksiyalardan yayınmasını çətinləşdirir. Bu zərbələr həm də Rusiyanın hərbi iqtisadiyyatını zəiflədir və cəbhədəki qüvvələrin təchizatını tədricən azaldır. Komandanlıq keçirilən əməliyyatların videogörüntülərini də paylaşıb.




















