TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan əhəmiyyətli bəyanatlar verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Ankaraya səfərinin böyük əhəmiyyət kəsb etdiyini bildirib
Rəcəb Tayyib Ərdoğan əhəmiyyətli bəyanatlar verib
Rəcəb Tayyib Ərdoğan əhəmiyyətli bəyanatlar verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Ankaraya səfərinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Regional sabitliyə yönəlmiş diplomatik səylərə toxunan dövlət başçısı Türkiyənin İran-ABŞ münasibətlərini daha yaxşı səviyyəyə çatdırmağa çalışdığını və qlobal sülhün təmin olunması üçün əlindən gələni etdiyini diqqətə çatdırıb. Regional sülh və Qəzzadakı vəziyyətlə bağlı da mesajlar verən Prezident Ərdoğan, bölgədə sabitliyin bərqərar olunmasında NATO sammitinə böyük önəm verdiklərini və bu mövzunu Donald Trampla müzakirə etdiklərini qeyd edib.

F-35 məsələsinə toxunan dövlət başçısı bu mövzunun yeni olmadığını, əvvəllər ABŞ tərəfi ilə aparılan müzakirələr çərçivəsində 5 təyyarə üçün vəd alındığını xatırladıb. R.T.Ərdoğan Ankaradakı sammitdə ‘‘F-35’’lərlə bağlı müsbət qərar veriləcəyinə inandığını bildirib.

Müzakirə olunacaq digər regional proseslərə, xüsusilə Rusiya-Ukrayna müharibəsinə toxunan R.T.Ərdoğan bu mövzudakı son hadisələri də ABŞ prezidenti ilə bölüşəcəklərini və birgə addımların bu müzakirələrə uyğun atılacağını bəyan edib. NATO daxilindəki tərəfdaşlığın önəmini vurğulayan R.T.Ərdoğan alyansın iki mühüm üzvü olan Türkiyə və ABŞ-nin həmrəylik nümayiş etdirərək bu sammitdən güclü bir nəticə ilə ayrılacağına əminliyini ifadə edib.