TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına edilə raket hücumu ilə bağlı bəyanat yayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib

Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib. Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına edilə raket hücumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Türkiyə husilərin Səudiyyə Ərəbistanının cənubuna təşkil etdiyi raket hücumunu qınayır. Bölgənin sabitliyinə təhlükə yaradan bu hücumdan sonra Səudiyyə Ərəbistanına tam dəstək ifadə olunub.

Xatırladaq ki, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının cənubundakı Abha hava limanını ballistik raket və PUA-larla hədəf aldıqlarını açıqlamışdılar.

Ərəb Koalisiyasının sözçüsü Turki əl-Maliki isə husilərin atdığı raketlər səbəbindən ölkənin hava hücumundan müdafiə sistemlərinin dərhal işə salındığını bildirib.