Nigeriyanın Kross River əyalətində baş verən torpaq sürüşməsi nəticəsində dördü uşaq olmaqla beş nəfər həyatını itirib.
Nigeriya Fövqəladə Hallar İdarəsinin (NEMA) yaydığı məlumata görə, əyalətin İkot Anvatim bölgəsində yağan leysan yağışlar daşqınlara və torpaq sürüşməsinə səbəb olub.
Təbii fəlakət nəticəsində həmçinin çox sayda insanın yaralandığı, bir çoxunun isə itkin düşdüyü bildirilir.
Hazırda hadisə yerində itkin düşənlərin tapılması istiqamətində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparılır.



















