DÜNYA
2 dəqiqə oxuma
Yaponiyadakı zəlzələdə həlak olanların sayı 30-a çatdı
Dağılan ticarət mərkəzində axtarış-xilasetmə işləri davam etdirilir
Yaponiyadakı zəlzələdə həlak olanların sayı 30-a çatdı
aponiyadakı zəlzələdə həlak olanların sayı 30-a çatdı

Yaponiyada iyulun 28-də baş verən güclü zəlzələdan sonra ehtimal olunan qaz partlayışından nəticəsində Kumamoto şəhərindəki ticarət mərkəzinin dağıntıları altında qalanların axtarışı davam edir. İyulun 30-na olan son məlumatlara əsasən, zəlzələ nəticəsində həlak olanların sayı 30 nəfərə yüksəlib.

Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, baş verən 7,1 bal gücündəki zəlzələdən təxminən 50 dəqiqə sonra "Aeon" ticarət mərkəzində böyük bir partlayış baş verib. Hazırda fövqəladə hallar briqadaları ticarət mərkəzində xilasetmə işlərini fasiləsiz şəkildə davam etdirirlər.

Xilasedicilərin indiyədək dağıntılar altından 10 nəfəri çıxardığı bildirilir. Qeyd olunub ki, bu şəxslərdən beşi vəfat edib, digər beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində yaşayış evlərinə və körpülərə də ciddi ziyan dəyib.

Bundan əlavə, həftəsonu havanın temperaturunun 38°C-yə yüksələcəyinin gözlənildiyi bir vaxtda, on minlərlə sakinin elektrik enerjisi və mərkəzləşdirilmiş su təchizatı kəsilib.

 

Sağ qalanların axtarışı davam edir

Ölkə rəsmilərinin bildirdiyinə görə, zəlzələdən dərhal sonra ticarət mərkəzindəki insanlar təxliyə edilib. Lakin ehtimal olunan qaz partlayışı səbəbindən içəridə insanların qalmış ola biləcəyi ehtimal edilir.

Xilasetmə qrupları insanları qurtarmaq ümidi ilə dağıntılar arasında axtarış əməliyyatlarını aramsız davam etdirirlər.

Təbii fəlakət digər ərazilərdə də insan tələfatına səbəb olub. Rəsmi mənbələr Yatsuşiro şəhərindəki "Nippon Paper Industries" fabrikində tüstü bacasının bir hissəsinin uçması nəticəsində beş fəhlənin həlak olduğunu, dörd nəfərin isə hələ də itkin düşdüyünü təsdiqləyiblər.

MƏNBƏ:TRT