Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışların törətdiyi daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb.
Assam Ştatı Fəlakətlərin İdarə Edilməsi Agentliyi (ASDMA) son 24 saat ərzində bölgədə daşqınlar səbəbindən daha iki nəfərin həyatını itirdiyini bildirib. Bununla da ştatda təbii fəlakət qurbanlarının ümumi sayısı 100-ə çatıb.
Assam vilayətinin Baş naziri Himanta Bisva Sarma sosial media hesabında aparılan fəsadların aradan qaldırılması işləri ilə bağlı paylaşım edərək 25 rayonda 1,1 milyondan çox sakinin daşqınlardan zərər çəkdiyini qeyd edib.
Bildirilib ki, leysan yağışları və daşqınlar ştatın infrastrukturuna ciddi ziyan vurub, həmçinin 16 951 hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Qeyd edək ki, iyun-sentyabr aylarında Cənubi Asiyada müşahidə olunan musson yağışları hər il bölgədə, xüsusilə Hindistan və Pakistanda genişmiqyaslı təbii fəlakətlərə və bədbəxt hadisələrə səbəb olur.



















