SİYASƏT
1 dəqiqə oxuma
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
Bu ifadələri Rusiya Federasiyasının XİN mətbuat katibi Mariya Zaxarova bildirib
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova NATO və Avropa İttifaqının (Aİ) beynəlxalq terrorizmin bir hissəsinə çevrildiyini deyib. O, bu barərədə TASS xəbər agentliyinə verdiyi açıqlamda bildirib.

Ukraynanın Krasnodar vilayətindəki çimərliyə təşkil etdiyi hücumu qiymətləndirən M.Zaxarova deyib: "Avropanın mərkəzində, Ukraynada hakimiyyəti qəsb edən bir terror dəstəsi fəaliyyət göstərir. NATO ölkələri isə terrorizmi maliyyələşdirir. Bir qədər əvvəl NATO və Aİ terrorizmə qarşı mübarizə nümayiş etdirmək istiqamətində siyasət yürütdüklərini bəyan etmişdilər. İndi isə onların özləri beynəlxalq terrorizmin bir hissəsinə çevriliblər".

Qeyd edək ki, Ukrayna ordusunun dünən Krasnodar vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyi bildirilir. Hücum nəticəsində Gelincik şəhəri yaxınlığında yerləşən Arxipo-Osipovka kəndindəki çimərlikdə 8 nəfərin həlak olduğu, 58 adamın isə yaralandığı məlumat verilib.

MƏNBƏ:TRT