SİYASƏT
1 dəqiqə oxuma
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
Rəsmi Tehran İrana məxsus ticarət gəmisinə təşkil edilən hücumda bir dənizçinin həlak olduğunu bildirib
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır / AA

İran dövləti Ukraynanın Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum etdiyini iddia edib. Tehran rəhbərliyi bu hücumu “təcavüz aktı” kimi qiymətləndirərək kəskin pisləyib.

İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada hücumun iyulun 25-də səhər saatlarında baş verdiyi və gəmidə partlayışa səbəb olduğu bildirilib. Hadisə nəticəsində bir dənizçinin öldüyü, digərinin isə yaralandığı qeyd olunub.

Nazirlik rəsmi Kiyevi beynəlxalq hüquqa zidd hərəkət etməkdə, münaqişəni genişləndirməyə və təhlükəsizlik mühitini pozmağa cəhd göstərməkdə günahlandırıb.

 

Hüquqi və hərbi nəticələr

İran Xarici İşlər Nazirliyi beynəlxalq hüquqda qeyd olunmuş özünümüdafiə hüququ prinsipinə uyğun olaraq, ölkənin mənafelərini və milli təhlükəsizliyini qorumaqdan çəkinməyəcəyini vurğulayıb.

Ukrayna prezidenti Volodimir Zelenski isə iyulun 25-də "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda Ukraynanın Xəzər dənizindəki uzaq mənzilli hücumlarda “çox güclü nəticələr” əldə etdiyini bildirib.

V.Zelenski “İrana məxsus hərbi yük daşımalarında istifadə edilən gəmilərin və bir hərbi gəminin” hədəf alındığını qeyd edib.

Lakin ölkə başçısı V.Zelenski Tehran rəhbərliyinin bəhs etdiyi İrana məxsus ticarət gəmisi haqqında münasibət bildirməyib.

MƏNBƏ:TRT