Böyük Britaniya Kralı III Çarlzın hökuməti qurmaq səlahiyyəti verdiyi İşçi Partiyasının (Leyboristlər) lideri Endi Bernem ölkənin yeni Baş naziri olub.
56 yaşlı E.Bernem bundan əvvəl Mançester Şəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edirdi.
Əvvəlki Baş nazir Kir Starmerin iyunun 22-də vəzifəsindən istefa verəcəyini bəyan etməsindən sonra İşçi Partiyası yeni liderini müəyyənləşdirmək üçün iyulun 17-də partiyadaxili səsvermə keçirdi.
TÖVSİYƏ EDİLƏN
Endi Bernem bu səsvermədə deputatların 95 faizinin dəstəyini qazanaraq partiya lideri seçildi.
Qeyd edək ki, Böyük Britaniyadakı parlamentar idarəetmə sisteminə müvafiq olaraq, ümumi seçkilər keçirilmədən parlamentdə əksəriyyətə sahib olan partiyanın lideri birbaşa Baş nazir postuna təyin olunur.
MƏNBƏ:TRT














