Pakistanın şimal-qərbində yerləşən polis nəzarət-buraxılış məntəqəsinə terror hücumu təşkil edilib. Hadisə nəticəsində 12 əsgər, iki polis və keçmiş meşə təsərrüfatı idarəsi rəsmisi olmaqla, ümumilikdə 15 nəfər həlak olub.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) iyulun 24-də verdiyi bəyanata görə, hücum Əfqanıstan sərhədindəki Xeybər-Paxtunxva əyalətinin Tank bölgəsində baş verib.
Hücum edən şəxslər polis nəzarət-buraxılış məntəqəsinə daxil olmaq məqsədilə partlayıcı yüklənmiş avtomobili ərazinin əhatə divarına çırpıblar.
Açıqlamada qeyd olunub ki, hücum Pakistan Talibanı kimi tanınan "Təhriki-Taliban Pakistan" qruplaşması tərəfindən törədilib. İslamabad rəhbərliyi həmin qruplaşmanın Hindistan tərəfindən dəstəkləndəyini iddia edir.
Hindistan tərəfindən bu ittihamla bağlı hələlik heç bir açıqlama verilməyib. Lakin Yeni Dehli rəhbərliyinin keçmişdə də oxşar iddiaları rədd etdiyi məlumdur.
Pakistan ordusu hücum zamanı 12 terrorçunun məhv edildiyini bildirib.
Bəyanatda həmçinin qeyd olunub ki, ərazidə ola biləcək digər hücumçuların qarşısının alınması məqsədilə axtarış əməliyyat axtarış tədbirləri davam etdirilir.




















