Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi missiyası çərçivəsində Blok-72 növbəsini rəsmən təhvil alıb.
Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələri Komandanlığına tabe olan 181-ci Reaktiv Eskadrilya Komandanlığının Estoniyanın Amari Hərbi Hava Bazasına yerdəyişməsi başa çatdırılıb.
TÖVSİYƏ EDİLƏN
Komandanlıq 30-31 iyul tarixlərində ərazini tanıma uçuşları həyata keçirib. Blok-72 növbəsi Türkiyənin F-16 qırıcı təyyarələri vasitəsilə həyata keçiriləcək.






















