Türkiyə dövləti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bir qrup ifrat sağçıyla birlikdə, təhlükəsizlik qüvvələrinin mühafizəsi altında iyulun 23-də “Məscidi Əqsa”ya təşkil edilən basqını pisləyib.
Məsələylə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən bəyanat yayılıb.
Bəyanatda deyilir: "İsrail nazirinin ifrat sağçı qrupla birlikdə, İsrail təhlükəsizlik qüvvələrinin mühafizəsi altında Məscidi Əqsaya təşkil etdiyi basqını ən kəskin şəkildə pisləyirik. B.Netanyahu hökuməti müstəsna olaraq müsəlmanlara aid olan Məscidi Əqsa başda olmaqla, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunu pozur. Bu cür təxribatçı əməllərin qarşısının alınmasının beynəlxalq ictimaiyyətin birgə məsuliyyəti olduğunu xatırladırıq."
MƏNBƏ:TRT



















