DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzada bir evə etdiyi hücumda 4 fələstinli həlak olub
Hücum nəticəsində çoxlu sayda fələstinli yaralanıb
İsrailin Qəzzada bir evə etdiyi hücumda 4 fələstinli həlak olub
İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində bir evi bombalayıb: 4 ölü

İsrail ordusunun Qəzza zolağında bir evə təşkil etdiyi hücumda 4 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində yerləşən Kamal Advan xəstəxanasının yaxınlığındakı evi bombalayıb.

Hücumda həlak olan 4 nəfərin nəşi və bəzi yaralılar Kamal Advan xəstəxanasına çatdırılıb.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində də İsrail ordusunun dünən səhər saatlarında reallaşdırdığı hücumda bir fələstinli həyatını itirmişdi.

Xan Yunisdəki Nasir xəstəxanası İsrail ordusunun dünənki hücumlarında yaralanan 2 nəfərin də xəstəxanada vəfat etdiyini bəyan edib.

İsrailin Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabrdan bəri təşkil etdiyi hücumlarında 1 296 nəfər həyatını itirib, 4 296 nəfər yaralanıb, dağıntılar altından isə 814 nəfərin cəsədi çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ümumi can itkisi 73 431-ə, yaralı sayı isə 174 437-yə yüksəlib.