TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident Ərdoğan: "Bölgəmizdəki qeyri-sabitliyə dözməyəcəyimizi hər kəsə bəyan etdik"
Prezident Ərdoğan: "Bölgəmizdəki qeyri-sabitliyə dözməyəcəyimizi həm dostlarımıza, həm də düşmənlərimizə bəyan etdik" deyib
Prezident Ərdoğan: "Bölgəmizdəki qeyri-sabitliyə dözməyəcəyimizi hər kəsə bəyan etdik"
Prezident Rəcəb Tayyib Ərdoğan "Fərat Qalxanı" əməliyyatının ildönümü münasibətilə mesaj paylaşıb.

Prezident Rəcəb Tayyib Ərdoğan "Fərat Qalxanı" əməliyyatının ildönümü münasibətilə bəyanat yayıb.

Türkiyə dövlət başçısı mesajında ​​deyib:

"Qəhrəman ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdiyimiz, həm dostlarımıza, həm də düşmənlərimizə bölgəmizdəki terroa, münaqişələrə və qeyri-sabitliyə dözməyəcəyimizi bəyan etdiyimiz "Fərat Qalxanı" əməliyyatının ildönümündə əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi isə ehtiramla yad edirəm".