Türkiyə Suriyanın ABŞ-nin "Terroru dəstəkləyən dövlətlər" siyahısından çıxarılmasını alqışlayıb. Bəyanatda rəsmi Ankaranın bu addımı uzun müddətdir dəstəklədiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ABŞ-ın bu qərarı Suriyanın iqtisadiyyatını bərpa etmək və ölkəni yenidən qurmaq yolundakı ən böyük maneələrdən birini aradan qaldırır.
Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu qərar Suriyanın beynəlxalq əlaqələrini gücləndirməsinə imkan verəcək və ölkədə sabitliyin təmin olunmasını sürətləndirəcək. Nazirlik, həmçinin beynəlxalq ictimaiyyəti Suriyanın inkişafı üçün birgə addımlar atmağa və təhlükəsizliyə mane olan təcavüzkar əməllərin qarşısını almağa çağırıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Suriyanın "Terrora dəstək verən dövlətlər" siyahısından rəsmi olaraq çıxarıldığını açıqlayıb.




















