SİYASƏT
1 dəqiqə oxuma
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib ki, hücum ötən gecə düşmən qüvvələri tərəfindən Hörmüzqan əyalətinin Sirik şəhərindəki rabitə qülləsinə endirilən hava zərbəsinə cavab olaraq həyata keçirilib
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb / TRT Azerbaycan

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alaraq məhv etdiyini açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib ki, hücum ötən gecə düşmən qüvvələri tərəfindən Hörmüzqan əyalətinin Sirik şəhərindəki rabitə qülləsinə endirilən hava zərbəsinə cavab olaraq həyata keçirilib.

Bəyanatda vurğulanıb ki, bu zərbə ABŞ-ın İranın hava məkanını pozmasına və Hörmüz boğazındakı neft qaçaqmalçılığına son qoyması üçün ciddi xəbərdarlıqdır. Həmçinin belə hallar təkrarlanacağı təqdirdə İranın cavab verməyə hazır olduğu qeyd edilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin ABŞ-nin rəhbərliyi altında fəaliyyət göstərən və bu pozuntularda iştirak edən şirkətlərin daha sərt sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

ABŞ ordusu və Bəhreyn rəsmiləri hələlik hücumla bağlı heç bir açıqlama verməyiblər.

İranın rəsmi İRNA xəbər agentliyi isə gecə saatlarında “düşmən qüvvələrinin Sirik şəhərinə hücum etdiyi” barədə məlumat yaymışdı.

Araşdırma