TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə və Özbəkistan ətraf mühit sahəsində əlaqələri gücləndirir
COP31 Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Özbəkistan Prezidentinin ətraf mühit üzrə müşaviri və Ekologiya, İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Əziz Abduhakimov ilə görüşüb
Türkiyə və Özbəkistan ətraf mühit sahəsində əlaqələri gücləndirir
Türkiyə və Özbəkistan ətraf mühit sahəsində əlaqələri gücləndirir

COP31 Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Özbəkistan Prezidentinin ətraf mühit üzrə müşaviri və Ekologiya, İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Əziz Abduhakimov ilə görüşüb.

Antalyada baş tutan görüşdə tərəflər ətraf mühitin mühafizəsi üzrə birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Danışıqların sonunda iki ölkə arasında Ətraf Mühitin Mühafizəsi Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd iqlim dəyişikliyi ilə mübarizə, hava və suyun çirklənməsinin qarşısının alınması, tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Görüşlə bağlı rəsmi internet səhifəsində paylaşım edən Murat Kurum Antalyada əldə olunan razılaşmanın tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcəyini və hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.