SİYASƏT
1 dəqiqə oxuma
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya Vaşinqtonun ölkəsinə hücum edəcəyi təqdirdə ABŞ-nin hədəf alınacağını bildirib
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib

İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya Vaşinqtonun ölkəsinə hücum edəcəyi təqdirdə ABŞ-nin hədəf alınacağını bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə bilinən yarımrəsmi "Defa Press" agentliyinə müsahibə verən rəsmi Vaşinqtona xəbərdarlıq edib.

ABŞ-nin təkcə regionda deyil, Cənub-Qərbi Asiyadan kənarda da hərbi bazalarının və qüvvələrinin olduğunu xatırladan Əkrəminiya deyib: "Ehtimal olunan hücum zamanı İran Silahlı Qüvvələri coğrafi sərhədlərdən asılı olmayaraq Amerika Birləşmiş Ştatlarının bütün maddi və mənəvi aktivlərini hədəf alacaq".

Məhəmməd Əkrəminiya həmçinin Hörmüz boğazının yalnız Tehranın irəli sürdüyü şərtlər qəbul edildiyi təqdirdə açıla biləcəyini bir daha diqqətə çatdırıb.