SİYASƏT
1 dəqiqə oxuma
M.Zaxarova: “Rusiya İrana qarşı yeni hərbi hücum planlarından narahatdır”
Rusiya İrana qarşı yeni hərbi hücum planlarından narahatdır və tərəfləri problemi danışıqlar yolu ilə həll etməyə çağırır
M.Zaxarova: “Rusiya İrana qarşı yeni hərbi hücum planlarından narahatdır”
M.Zaxarova: “Rusiya İrana qarşı yeni hərbi hücum planlarından narahatdır”

Rusiya İrana qarşı yeni hərbi hücum planlarından narahatdır və tərəfləri problemi danışıqlar yolu ilə həll etməyə çağırır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İran ətrafındakı mövcud vəziyyətə dair yazılı açıqlama verib. M. Zaxarova İranın ABŞ və İsrail tərəfindən səbəbsiz hücuma məruz qaldığını, bölgədəki münaqişənin hələ də həll olunmadığını və Yaxın Şərqdəki digər böhranlarla dərinləşdiyini qeyd edib.

M. Zaxarova bildirib ki, son aylarda həyata keçirilən hərbi hücumlar İran xalqının ölkənin suverenliyini və müstəqilliyini qorumaq əzmini qıra bilməyib: "İrana qarşı yeni hərbi hücumların planlaşdırılmasına dair məlumatlar son dərəcə narahatlıq doğurur’’.

Regionda vəziyyətin normallaşdırılması üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayan sözçü Rusiyanın vasitəçilik addımlarını dəstəklədiyini və danışıqlar prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib. Zaxarova həmçinin Hörmüz boğazındakı vəziyyətin ən qısa zamanda sabbitləşəcəyinə ümid etdiklərini, sahilyanı ölkələrin və bu dəniz yolundan istifadə edən dövlətlərin qanuni maraqlarının nəzərə alınmalı olduğunu qeyd edib.