TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Egey və Şərqi Aralıq dənizi ilə bağlı iddialara münasibət bildirib
Türkiyə Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və maraqlarını bundan sonra da qoruyacaq
Türkiyə Egey və Şərqi Aralıq dənizi ilə bağlı iddialara münasibət bildirib
Dışişleri bakanlığı

Türkiyə Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və maraqlarını bundan sonra da qoruyacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, bəyanatın yayılmasına Türkiyənin xarici siyasəti ilə bağlı bəzi iddiaların və yazıların ortaya çıxması səbəb olub. Bəyanatda bildirilib ki, xarici işlər naziri Hakan Fidanın Brüsseldə beyin mərkəzlərindən birinin təşkil etdiyi tədbirdə verdiyi cavablar kontekstdən çıxarılıb, Türkiyənin Egey və Şərqi Aralıq dənizi siyasəti isə mübahisə mövzusuna çevrilib.

Bəyanatda Türkiyənin baxışlarında heç bir dəyişikliyin olmadığı vurğulanıb.

"Türkiyənin baxışlarında heç bir dəyişiklik olmayıb. Ölkəmiz öz mövqeyini bütün platformalarda beynəlxalq hüquqa uyğun şəkildə qətiyyətlə müdafiə edib. Əvvəllər olduğu kimi, Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və maraqlarımızı güzəştə getmədən qorumağa davam edəcəyik",-deyə bəyanatda vurğulanıb.